
Bu gün Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub. Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin.
Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək.
AYB-nin qurultayı Gənc Tamaşaçılar Teatrında, yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Elmin Nuri