
Baş Prokurorluq Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilmiş jurnalist Rauf Mirqədirovla bağlı rəsmi açıqlama verəcək. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, Rauf Mirqədirov haqqında rəsmi məlumat yaxın saatlarda ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Gültəkin Ələsgər