Dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin cəsədi yaxın qohumlarının iştirakı ilə yandırılıb. Modern.az xəbər verir ki, mərhum yazıçının külü iki ölkəyə səpələnəcək.
Kolumbiyada anadan olan Markes son 50 ili Meksikanın paytaxtı Mexikoda yaşayıb. Onunla rəsmi vida mərasimi bu gün keçirilir.Yazıçının ana vətənini Meksikada təmsil edən səfir Jose Qabriel Ortis bildirib ki, 87 yaşında vəfat etmiş Qarsiya Markesin külü doğulduğu Kolumbiya ilə ikinci vətəni olmuş Meksika arasında bölüşdürüləcək.
Modern.az