Modern.az

Eks-prezident bir həftəliyə Azərbaycana gəlir

Eks-prezident bir həftəliyə Azərbaycana gəlir

Təhsil

21 Aprel 2014, 18:45



Latviyanın sabiq rrezidenti, Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa aprelin 22-də Azərbaycana səfərə gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bakıda olacağı bir həftə ərzində sabiq prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrdə iştirak edəcək.
Xatırladaq ki, aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq idarə heyətinin toplantısı və I Baş Assambleyası təşkil ediləcək. Aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcək.
İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.
Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcək. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı