
Aprelin 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovla görüşən vəkili Fuad Ağayev daha sonra mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, F.Ağayev bildirib ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən jurnalist ona qarşı casusluq ittihamlarını rədd edib. BU səbbədən də Rauf Mirqədirov istintaqa ifadə verməkdən də imtina edib.
”Rauf Mirqədirov bu cür ağır cinayət suçlamalarını qəbul etmir, onları absur sayır, deyir ki, o, heç bir cinayət əməli törətməyib, hamısı böhtandır”.
Fuad Ağayevin sözlərinə görə, 3 ildən çoxdur Türkiyədə yaşayan Mirqədirovu aprelin 9-da çağırıblar və onun və həyat yoldaşının akkreditasiyasının bitdiyini bildiriblər: “Ona heç bir izahat verməyiblər. Bu, baş nazir Ərdoğanın Bakıdan qayıtmasından 2-3 gün sonra baş verib. Bu səbəbdən jurnalistin Türkiyədən deportasiya olunmasının Bakıda hakimiyyət ilə razılaşdırılmasi istisna deyil".
Ayın 19-na keçən gecə o, həyat yoldaşı ilə birlikdə Ankaradan avtobusla yola düşürdü, yolda onu saxlayıb polisə aparıblar. Tələb etməsinə baxmayaraq, vəkillə təmin etməyiblər.
Vəkil bildirib ki, R.Mirqədirov Ermənistanda keçirilmiş bəzi beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Amma bu o demək deyil ki, həmin tədbirə qatılanlar Ermənistana işləyir.
Vəkilin sözlərinə görə, istintaq iddia edir ki, R.Mirqədirov erməni xüsusi xidmətlərinin nümayəndəsi kimi təqdim edilən Laura Baqdasaryan adlı şəxsə məlumat ötürüb Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi olan Baqdasaryan 2001-ci ildən Azərbaycanın Sülh və Demokratiya İnstitutu ilə birgə layihə həyata keçirir, 2005-ci ildən etibarən isə onların birgə nəşrləri var.
”Guya Rauf maddi marağa görə Baqdasaryan vasiitəsi ilə erməni xüsus xidmət orqanlarına məlumatlar ötürüb” deyə Fuad Ağayev istintaqa başqa şəxslərin də cəlb olunacağını istisna etməyib.
Vəkil deyib ki, R.Mirqədirov qanunsuz olaraq Türkiyədən Azərbaycana ekstradisya edilib.
Modern.az