
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Bildirilib ki, Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 22 aprel tarixində Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak edəcək.
Tədbir çərçivəsində Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
Modern.az