Modern.az

Rusiyada azərbaycanlı öldürülüb

Rusiyada azərbaycanlı öldürülüb

Təhsil

26 Aprel 2014, 11:54

Moskvanın Serpuxov rayonunda 34 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanaraq qətlə yetirilib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 34 yaşlı Zaur Eynalovdur. Hadisə ötən gün axşam saatlarında Serpuxov rayonundakı ticarət mərkəzlərindən birinin qarşısında baş verib. Z.Eynalov şəxsiyyəti istintaq tərəfindən müəyyən edilmiş və əvvəllər bir neçə dəfə məhkum olumuş 35 yaşlı Bolşevik qəsəbə sakini ilə mübahisə edib.

Sonda opponenti Z.Eynalova bıçaqla bədəninin müxtəlif yerlərindən 3 bıçaq xəsarəti yetirib. Azərbaycan vətəndaşı hadisə yerindəcə keçinib. Fatla bağlı Rusiya polisi “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açıb və qətli törədən şəxsin axtarışını həyata keçirir.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı