Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları civə satışı ilə məşğul olan dəstəni ələ keçirib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Eldar Rüstəmovdan, Nəsimi Həsənovdan, Telman Paşayevdən və Bakı şəhər sakini İlyas Tağıyevdən 4 kiloqram 600 qram gümüşü rəngli civə götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az