Modern.az

Eks-prezidentin nadir uşaqlıq FOTOSU

Eks-prezidentin nadir uşaqlıq   FOTOSU

Təhsil

28 Aprel 2014, 11:25

Modern.az-ın təqdim etdiyi bu nadir foto keçmiş İran Prezidenti Mahmud Əhmədinejada aiddir. 1956-cı il oktyabrın 28-də Aradan kəndində doğulmuş Əhmədinejadın mənşəyi haqqında mübahisəli məqamlar var. Onun etnik mənşəyi uzun müddət xarici KİV və mütəxəssislərin dartışdığı mövzu olub. Rus mətbuatı onu milliyyətcə talış kimi təqdim edirdi. İngilis qəzetçiləri isə eks-prezidentin pasportundakı keçmiş soyadına (Saburcian) əsasən M. Əhmədinejadın yəhudi əsilli olduğunu iddia edirdilər.

Bu foto da M. Əhmədinejadın etnik mənşəyinə aydınlıq gətirmir. Amma görünən odur ki, eks-prezident əsil-nəcabətinə görə kim olursa-olsun, orta məktəb təhsilini başa vura bilib və üzündəki sevincdən onun istər valideynlərinin, istərsə də müəllimlərini sevimlisi olduğu qənaəti çıxır.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı