Modern.az

Ekspert: “Rusiya şirkətlərinə tətbiq olunacaq sanksiyaların Azərbaycana ziyanı dəyməyəcək”

Ekspert: “Rusiya şirkətlərinə tətbiq olunacaq sanksiyaların Azərbaycana ziyanı dəyməyəcək”

Təhsil

28 Aprel 2014, 11:35

ABŞ Rusiya iqtisadiyyatının iki nəhəngi - “Rosneft” dövlət neft-qaz şirkəti və “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Sanksiyaların həmin şirkətlərlə əlaqələri olan Azərbaycan şirkətlərinə təsir edib-etməyəcəyini Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a şərh edib. Onun sözlərinə görə, sanksiyaların hansı səviyyədə olacağı hələ dəqiqləşməyib: “Çox güman ki, ABŞ senatorlarının təklif etdiyi o qanun layihəsi Avropanın Rusiyadan enerji asılılığının azalması üçün gündəliyə gətirilir”.

Ekspertin fikrincə, Azərbaycanın Rusiya ilə əməkdaşlığı elə bir formadadır ki, bu sanksiyaların Azərbaycan şirkətlərinə təsiri çox aşağı səviyyədədir: “Azərbaycan “Qazprom”a Dağıstanın qazla təmin edilməsilə bağlı qaz satır. Bu regional əməkdaşlıq çərçivəsində həyata keçirilir. Düşünürəm ki, sanksiyalar bu əməkdaşlığa təsir etməyəcək. Çünki bu, ilk növbədə Avropaya, ikincisi “Qazprom”dan qazın alınmasını azaltmaqla Rusiaynın gəlirlərinin azaldılmasına yönələn addımdır. Sanksiyaların tətbiqi ilə Rusiya iqtisadiyyatı zərbə altına alınır. Bununla Rusiyanın Ukraynaya qarşı mövqeyinin səhv olduğunu başa salmağa çalışırlar”. İ. Şabanın sözlərinə görə, bunu Kremli cəzalandırmaq kimi də qiymətləndirmək olar: “Bizim Rusiya ilə enerji təmasımızda Rusiya Azərbaycana vəsait ödəyir. Bizdən Rusiyanın dövlət büdcəsinə vəsait getmədiyindən, Azərbaycana ciddi təsiri ola bilməz”.

 

Gülşən Raufqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı