Modern.az

Gənclər Fondu "Vətənini Sev"ənlər Şirvanda topladı - FOTO

Gənclər Fondu "Vətənini  Sev"ənlər Şirvanda topladı - FOTO

Təhsil

28 Aprel 2014, 12:46

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Şirvan şəhərində “Vətənini Sev” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Şirvan şəhər Gənclər İdman idarəsinin nümayəndəsi Əfqan Həsənov iştirak edib.  B.Rəhimov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq  gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində məqsəd vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Hədəf  Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. B.Rəhimov qeyd edib ki, Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir.  Sonra tədbiri təlimçi Əligül Ağayev davam etdirib.

Tədbirin sonunda iştirak edən gənclərə “Vətənini Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı  təqdim olunub.


  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı