Modern.az

“Müsəlman qardaşları”nın lideri edam olunacaq

“Müsəlman qardaşları”nın lideri edam olunacaq

Təhsil

28 Aprel 2014, 13:27

Misir məhkəməsi “Müsəlman qardaşları” islamçı hərəkatının 682 tərəfdarı və onların ali rəhbəri Məhəmməd Badia barəsində ölüm hökmü çıxarıb. Modern.az xarici mətbuata istinadən bildirir ki, Badia ölkədən qaçdığından onun barəsində qiyabi hökm elan olunub. Qeyd edək ki, bu il martın ayının sonunda devrilmiş prezident Məhəmməd Mursinin 529 tərəfdarı barəsində də ölüm hökmü çıxarılıb. Onlar terrorçuluqda və qətllərdə təqsirli bilinirlər. Məhkəmənin yeni qərarı ilə onların əksəriyyətinin ölüm hökmü ömürlük həbslə əvəz olunub.

 

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı