Modern.az

Nazirlik üç qeyri-dövlət yardım mərkəzinə akkreditasiya attestatları təqdim edib

Nazirlik üç qeyri-dövlət yardım mərkəzinə akkreditasiya attestatları təqdim edib

Təhsil

28 Aprel 2014, 12:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş daha 3 qeyri-dövlət yardım mərkəzinə akkreditasiya attestatlarını təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, “İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi”, “Uşaq Fondlarının Beynəlxalq Assosiasiyası “Azərbaycan Uşaq   Fondu”nun Gəncə şəhər Təşkilatı və Azərbaycan  Respublikası  “Əlil Qadınlar” Cəmiyyətinin akkreditasiya olunması qərara alınıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov deyib ki, bununla akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinin sayı 7-yə çatıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində olan bu mərkəzlər yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi və s. istiqamətlərdə fəaliyyət göstərirlər. 

Məişət zorakılığından zərər çəkmiş şəxslər həmin mərkəzlərin xidmətlərindən istifadə edə bilərlər.

 


  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı