ABŞ Prezidenti Barak Obama rəsmi Vaşinqtonun Rusiyaya tətbiq edəcəyi sanksiyalardan danışıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyi anonsunu verib. Onun sözlərinə görə ABŞ-ın sanksiya siyahısına daxil ediləcək adamların və şirkətlərin adları hazırlanır. B. Obama sanksiyaların Rusiyanın yüksək texnologiyalı müdafiə ixracatı məhsullarına zərər vuracağını vurğulayıb.
ABŞ rəhbəri onu da bildirib ki, sanksiyalar bilavasitə Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlməyəcək. “Bizim hədəfimiz Putin deyil. Ukraynada etdiklərinə görə Rusiyaya sanksiya tətbiq etmək əsas məqsədimizdir”.
Qeyd edək ki, ABŞ-ın Rusiyanın “Qazprom” və “Rosneft” neft-qaz şirkətlərinə sanksiya tətbiq edəcəyi məsələsi də gündəmə gəlib.
Aqşin Kərimov