Modern.az

Hollandiyada “erməni soyqırımı”ı abidəsi açılışı baş tutub - FOTO

Hollandiyada “erməni soyqırımı”ı abidəsi açılışı baş tutub - FOTO

Təhsil

28 Aprel 2014, 15:53


Hollandiyanın Almelo şəhərində “erməni soyqırımı”nın 99-cu il dönümü ilə bağlı xatirə kompleksinin açılışı baş tutub. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, kompleksin tikintisi 2013-cü ilin əvvəllərindən başlayıb.

Yerli erməni kilsəsinə məxsus torpaq sahəsində ucaldılan abidə 16 xaç daşdan (“xaçkar”) ibarətdir. Abidənin mərkəzində əbədi məşəl yerləşir. Tikintini həyata keçirmək üçün Ermənistandan xüsusi olaraq gətirilmiş tuf materialından istifadə olunub.

Açılış mərasiminə Ermənistanlı qonaqlar, Almelo şəhər meriyası, Ermənistanın Hollandiyadakı səfiri və Avropanın müxtəlif ölkələrindən gəlmiş erməni diasporunun üzvləri qatılıblar.

 

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı