Modern.az

Məti Osmanoğlu: “Bizim şairləri ancaq türk dillərinə tərcümə etmək olar”

Məti Osmanoğlu: “Bizim şairləri ancaq türk dillərinə tərcümə etmək olar”

Təhsil

29 Aprel 2014, 12:06


“Nəsrlə, dramaturgiya ilə müqayisədə, şer sırf milli hadisədir və xüsusən Azərbaycan üçün onu dünyaya tanıtmaq və ya dünyada şerlə tanınmaq son dərəcə mürəkkəb məsələdir”. Bunu Modern.az-a ədəbiyyatşünas Məti Osmanoğlu deyib. “Məmməd İsmayılın “Bir adam yol gedir bizdən qabaqda”, Ramiz Rövşənin “Qara paltarlı qadın”, Məmməd İlqarın “Qara camaat”, Vaqif Bayatlının “Mən zalım adamam, kamança” kimi şerlərinin, Vaqif Səmədoğlunun əsərlərinin hansısa dilə tərcümə olunub, o dilin şeri kimi səslənəcəyinə əmin deyiləm. Əslində, bu, dünyanın seçimi olmalıdır. Dünya isə heç Füzulini tanımır. Bizim poeziyanın ruhu ən yaxşı halda türk dillərində anlaşıla bilər və bu sahədə iş aparmaq zəruridir”.

Qeyd edək ki, hazırda ədəbi icmada Azərbaycan yazarlarından kimlərin dünya miqyasında tanıdılmasının vacibliyi mövzusu müzakirə edilir.

 

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı