Modern.az

Niyazi Mehdi: “Ermənilərlə debatlarda iştirak etmək “xalq diplomatiyası” deyil

Niyazi Mehdi: “Ermənilərlə debatlarda iştirak etmək “xalq diplomatiyası” deyil

Təhsil

30 Aprel 2014, 13:53


“Mən Ermənistana getməmişəm. Ancaq 1982-ci ildə, ya da 1983-cü ildə bir dəfə olmuşam. “Xalq diplomatiyası” bizim dövlətin Qarabağ münaqişəsini dinc yolla və ədalətli çözmək siyasətinə xidmət etməli və onunla uzlaşmalıdır”. Bunu Modern.az-a ictimai xadim, filosof Niyazi Mehdi “xalq diplomatiyası”na qarşı yönələn tənqidlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, “xalq diplomatiyası” münaqişənin çözümünə ideyalar verməli, ona lazımi infrastruktur işləri bəxş etməlidir:  

“Xalq diplomatiyası” dövlət siyasəti ilə mübarizə aparmaq şəklində olmamalıdır. Ermənilərlə debatlarda iştirak etmək “xalq diplomatiyası” deyil. “Xalq diplomatiyası” münaqişə ilə bağlı görüşlər və müzakirələrdir. Dövlət lazım bilməsə, görüşləri davam etdirməyi düzgün hesab etmirəm. Ancaq yaxşı olardı ki, dövlət orqanları lazım bilmədiklərini birmənalı çatdırsınlar, başqa yozumlara yer qalmasın. Başqa məsələlərin müzakirəsində ermənilərlə bir konfransda və ya debatlarda iştiraka gəldikdə, məncə, bunu yasaqlamaq düz olmazdı. Ən azı ona görə ki, həmin görüşlərdə bizə qarşı ermənilərin və ya onların “dostlarının” böhtanlarına bizim əvəzimizə kim cavab verə bilər? Biz ermənilərlə bütün amplualarda, bütün müstəvilərdə dartışmağı bacarmalı, bacarmayanda isə öyrənməliyik”.  

Qeyd edək ki, “Ayna”- “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinərək həbsindən sonra “xalq diplomatiyası” yenidən gündəmə gəlib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə “xalq diplomatiyası” nın əhəmiyyətsiz bir addım olduğunu vurğulayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı