Modern.az

Ermənistanın keçmiş baş naziri ölkədən gedib

Ermənistanın keçmiş baş naziri ölkədən gedib

Təhsil

30 Aprel 2014, 15:14

Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyan ölkədən gedib və hazırda onun harada olduğu açıqlanmır. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, məhz ölkədə olmadığı səbəbindən keçmiş baş nazir hakim Respublikaçılar Partiyasının aprelin 26-da keçirilən iclasında da iştirak etməyib. Tiqran Sərkisyanın ölkədə olmadığını təhsil və elm naziri Armen Aşotyan da təsdiqləyib. “Sərkisyan inciyibmi” sualına isə nazir “ciddi məsələlərin müzakirəsi daha real olardı”, - deyə cavab verib.


 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı