Modern.az

Ərdoğan: “İsraillə münasibətlər yaxın günlərdə normallaşacaq”

Ərdoğan: “İsraillə münasibətlər yaxın günlərdə normallaşacaq”

Təhsil

30 Aprel 2014, 16:47


ABŞ-ın Bloomberg teleşirkətinə müsahibə verən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan “Mavi Mərmərə” gəmisində həlak olanların ailələrinə ödəniləcək kompensasiyanın məbləği ilə bağlı İsraillə razılıq əldə olunduğunu bildirib.

Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, o deyib ki, açıq qalan yeganə məsələ fələstinlilərə göstəriləcək humanitar yardımla bağlıdır: “Bu məsələdə də razılıq əldə etdikdən sonra, münasibətlərin normallaşmasını müzakirə edəcəyik. İnanıram ki, heç nə bizə yaxın günlərdə, yaxud həftələrdə bu razılığı əldə etməyimizə mane olmayacaq”.

İsrail mətbuatının məlumatına görə, yaxın iki həftədə imzalanacaq müqaviləyə əsasən, İsrail “Mavi Mərmərə”də həlak olan Türkiyə vətəndaşları üçün yaradılan xüsusi fonda 21 milyon dollar köçürəcək. Qarşılığında isə Türkiyə gəminin ələ keçirilməsində iştirak edən İsrail hərbiçilərinə qarşı öz ərazisindəki məhkəmə təqiblərini dayandıracaq.

Qəzza zolağı ilə bağlı isə tərəflərin gəldiyi razılaşmaya əsasən mühasirə tam aradan qaldırılmasa da, Türkiyə ərazidə yeni xəstəxana tikəcək və fələstinlilərə müəyyən humanitar yardım göstərəcək.

 

  Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı