Modern.az

Deputat: “Maliyyə Nazirliyi uşaqların istirahətinə vəsait ayırmır”

 Deputat: “Maliyyə Nazirliyi uşaqların istirahətinə vəsait ayırmır”

Təhsil

30 Aprel 2014, 17:30


Maliyyə Nazirliyi uşaqların istirahət mərkəzlərinin tikintisi üçün vəsait ayırmaması səbəbindən “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinin qəbulu gecikir”. Modern.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, “Uşaqların istirahətinin təşkili haqqında” qanun qəbul olunduqdan sonra istifadəsiz qalmış pansionatlardan istifadə olunacaq. “Uşaqlar üçün istirahət mərkəzlərinin tikintisi üçün Maliyyə Nazirliyinə müraciət edəndə cavab verirlər ki, bu qədər vəsaiti haradan alaq? Biz isə deyirik ki, yenilərini tikməyək, bu gün mövcud olan pansionatlar var onlardan istifadə edək. Hazırda 30-a yaxın pansionat dağılmılş, yararsız vəziyyətdədir. “Uşaqların istirahətinin təşkili haqqında” qanun qəbul olunduqdan sonra yəqin ki, məcburi köçkünlərin məskunlaşdığı pansionatlar da boşaldılacaq”, – deyə Hadı Rəcəbli bildirib.

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı