Modern.az

“Mançester Yunayted” klubunun Yay Futbol Məktəbinə qeydiyyat başladı

“Mançester Yunayted” klubunun Yay Futbol Məktəbinə qeydiyyat başladı

Təhsil

30 Aprel 2014, 17:25

Azərbaycanın gənc futbolçuları! “Mançester Yunayted” futbol klubunun ölkəmizdə ikinci dəfə təşkil etdiyi Yay Futbol Məktəbinə qeydiyyat başladı! Futbol istedadınızı göstərmək üçün bu möhtəşəm fürsəti qaçırmayın! Məktəbin ən yaxşıları “Mançester Yunayted”in bazasında məşq etmək şansı qazanacaqlar.

Yay Futbol Məktəbinə qeydiyyat seçim mərhələsindən bir gün öncə seçimin baş tutacağı şəhərdə keçirilir. Aşağıda seçimlərin keçiriləcəyi ünvanların siyahısı ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, iştirakçılar Yay Futbol Məktəbinin saytında da qeydiyyatdan keçə bilərlər. Bunun üçün //manutd.bakcell.com/az/muss/ saytında onlayn qeydiyyat formasını doldurub çap edin, iştirak edəcək uşağın tibbi arayış və doğum haqqında şəhadətnaməsi ilə birlikdə seçimin keçiriləcəyi gün göstərilən ünvana gətirin.

Yay Futbol Məktəbinin sponsoru olan Bakcell Azərbaycan futbolunun parlaq gələcəyini bu gün istedadlı gənclərin kəşf edilməsində görür. Sən də gəl, səni də kəşf etsinlər!

Şəhər

Ünvan

Tarix

Saat

Tovuz  

Səməd Vurğun küç., 34, Tovuz şəhər stadionu

 

5 may 

09:00 – 13:00 

Gəncə

Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası 

8 may 

09:00 – 13:00 

Qax

 

Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu

 

11 may 

14:00 – 18:00 

Sumqayıt

Səməd Vurğun küç., 25, “Sumqayıt” FK-nın stadionu  

14 may 

14:00 – 18:00 

Bakı

 

Səbail rayonu, Salyan şosesi, 23, 20-ci sahə,  “Bayıl Arena” stadionu 

18 may 

09:00 – 13:00 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı