Modern.az

Ədliyyə Naziri yanındakı İctimai Komitə üzvləri həbsxanaya baş çəkib

Ədliyyə Naziri yanındakı İctimai Komitə üzvləri həbsxanaya baş çəkib

Təhsil

30 Aprel 2014, 18:21

“İctimai Komitənin üzvləri olaraq mütəmadi olaraq həbsxanalarda monitorinqlər aparırıq. Bu gün də komitənin bir neçə üzvü və Ədliyyə Nazirliyinin müxtəlif vəzifəli şəxsləri  ilə birgə 16 saylı cəzaçəkmə müəssisəsində olduq”. Bunu Modern.az-a açıqlamasında ədliyyə naziri yanında penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən və məhkumların islah olunmasında iştirak edən İctimai Komitənin üzvü, deputat Çingiz Qənizadə deyib.

Ç. Qənizadənin sözlərinə görə, 30-a yaxın məhbusun vaxtından əvvəl azad olunması məsələsi müzakirə olunub. “On nəfər məhkumun valideyni də dəvət olunmuşdu. Məsələlər onlarla birlikdə müzakirə edildi. Məhkumların yaşadığı yerə ekskursiya təşkil edildi. Komitə çərçivəsində onların azadlığa çıxmasını daha da genişləndirərək ailə üzvləri ilə birgə etdik. Bildiyiniz kimi, məhkumların azad olunması ilə bağlı müəyyən xoşagəlməz söhbətlər dolaşırdı. Məhz neqativ halların qarşısının alınması üçün ədliyyə naziri Fikrət Məmmədov 2 il öncə belə bir komitənin yaradılmasına göstəriş verib. Artıq Komitə özü sənədləri özü müzakirə edir”. 

Deputat bildirib ki, məhkumun xəbəri olmadan şəxsi işində müsbət xarakterli hallar olduğunu nəzərə alaraq onları Komitənin müzakirəsinə çıxarırlar. “Bu gün müzakirəyə çıxarılan məhkumlar 2-3 gün öncə biliblər ki, onların işinə baxılacaq. Burada neqativ halların qarşısının alınması, aşkarlığın təmin olunması Ədliyyə Nazirliyinin rəhbərliyinin mövqeyidir. Pentensiar xidmət, nazirlik müfəttişliyi, həmçinin ictimai komitə olaraq biz əlimizdən gələni edirik. 30 nəfər məhbus müxtəlif səbəblərdən və müxtəlif cəza ilə həbsxanada olanlardır. Cəzalarının müəyyən hissəsini çəkiblər və qanunla nəzərdə tutulan qaydada vaxtından əvvəl azad olmaları mümkündür. Bura onların cəza çəkdikləri müddətdə davranış qaydaları və müəyyən cəzalara məruz qalmamaları imkan verir ki, o adamların azadlığa çıxarılması üçün Komitə baxsın və rəy bildirsin. Bu gün komissiya 30 nəfərin məhkəməyə çıxarılması üçün rəy verdi və rəy məhkəməyə göndərildi. 2-3 gün ərzində məhkəmədə baxdıqdan sonra azadolma həyata keçiriləcək”.

 

Gülşən Raufqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı