Modern.az

DSMF-yə xarici ölkələrdən 1041 nəfər müraciət edib

DSMF-yə xarici ölkələrdən 1041 nəfər müraciət edib

Təhsil

30 Aprel 2014, 18:39

2014-cü ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən müraciət edənlərin sayı 1041 nəfər təşkil edir. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə,  2014-cü ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1041 müraciət daxil olub. Fonda daxil olan müraciətlər arasında MDB ölkələrindən (xüsusilə, Rusiya və Ukrayna vətəndaşlarından) ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, hesabat rübü ərzində MDB ölkələrindən DSMF-yə 919 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Onu da qeyd edək ki, müraciətlərin sayına görə növbəti yerdə  Тürkiyə Cümhuriyyəti gəlir. Qardaş ölkədən Fonda 61 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün konkret tədbirlərin görülməsi ilə bağlıdır. DSMF-yə daxil olan digər 61 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı