( “Molla Nəsrəddin – 2014-dən” seçmələr )
Mirzə Cəlil və Anara ithaf
-Hazırda bu yerlərdə bir dənə də cırıq torba tapa bilməzsiniz.
Çünki burada hamı bir-birinin torbasını tikir
- Futbol üzrə Azərbaycan və İngiltərə milliləri qapıçılarının soyadları çox oxşardır. Belə ki, ingilislər az qol buraxdıqları üçün qapıçılarına Kinq Boll (top kralı), bizimkilər isə çox qol buraxdığı üçün qapıçıya Gen-Bol deyirlər
- Harın Yəhyayevin "Maşallah" ında Allah itib Maşa qalıb.
- bəzi redaksiyalarda yeməkxana yaradılıb. Oradakı aşpazlar (jurnalistlər) özlərinə umac ova bilməsələr də başqalarına əriştə kəsirlər.
- Nəşriyyatlarda Atıcılıq yarışları keçirilir. Müəlliflər qəpiyə güllə atır - Pullarını Torba Tikənovun torbasına düşürənlər indi çıxış yolu axtarırlar.
- Tikinti rəisi Kəm Kəsirov əvvəlcə bir biçib sonra yüz ölçdüyündən 5 ildir ki, işləri təhvil verə bilmir.
- Bir qrup vəzifəli şəxs Somalidə acından arıqlayıb çöpə dönən insanlar üçün dəyərli məsləhətlərlə dolu “Mən necə piyləndim” adlı kitablar hədiyyə edəcək. Kitabın elmi redaktorları – şair – Harada aş Oradabaşov, həkim
-Danqa Başov, restoran müdiri
- Boz Başovdur.
- İdarənin yeni müdiri Oxxay Aycanov vəzifəyə keçəndən evdə yox, köməkçisi Baş Üstəyev müəllimin başında məskən salır.
- Eyni zamanda Baş Üstəyev müəllim də yoldaş Aycanovda məskən salıb. Amma həmin yerin başa heç dəxlisi yoxdur.
- Taksi şoferi Nofəl dayı Tarqovidə beş otaqlı ev almağı planlaşdırır. Bunun üçün o səbirsizliklə Bakıda bir həftə dayanmadan qarın yağmasını gözləməkdədir.
- Makler Dələ Duzov evə girərkən arvadının şifonerin qapısını bərk-bərk sıxdığını gördü. Bu tanış səhnə nədənsə onu diksindirdi. Çünki o da səkinənin əri qəflətən evə gələndə şifonerdə məhz, bu cür sıxılmışdı.