Dünyanın ayr-ayrı xalqalarının vəfat etmiş insanın son mənzilə yola salınması ilə bağlı öz milli xüsusiyyətləri var. Xalqlar yaşayış yerinə, həyat şərtlərinə və dini inanclarına görə, özlərinin dəfn adətlərini formalaşdırıb. Modern.az dünyanın müxtəlif xalqlarının bu gün tətbiq etdiyi dəfn adətlərini təqdim edir.
Qaraçılar...
Köçəri həyat tərzi keçirən qaraçılar bir növ dünya vətəndaşları hesab olunurlar. Adətən yaşadıqları ölkənin adət-ənənlərinə riyaət edən Qaraçılar bununla belə özünəməxsus bir sıra özəlliklərə malikdir.
Bu özəlliklər dəfn mərasimlərində xüsusən özünü biruzə verir. Mərasimdə mərhumun bütün qohumları yaxınları və ümumiyyətlə, tanıdığı hər kəs iştirak edir. Belə izdihamlı mərasimləri qaraçılar çox təmtəraqlı şəkildə keçirirlər.
Mərhumu nadir ağac materiallarından hazırlanmış sərdabə, yaxud tabutda dəfn edirlər. Cəsədin yanına o biri dünyada istifadə etməsi üçün lazım olacaq əşyalar və qiymətli hədiyyələr qoyurlar. Tabutun mütləq şəkildə üstü açıq saxlanılır ki, mərhumla hər kəs üz-üzə sağollaşa bilsin. Sağollaşma mərasimi bir gündən bir neçə həftəyə qədər davam edə bilir. Çünki qaraçı adətlərinə görə, mərhumun bütün yaxınları və dostları mütləq onunla sağollşamalı,hətta cəsədlə söhbətdə etməlidirlər. Bu proses başa çatdıqdan sonra mərhum torpağa tapşırılır. Qaraçıalr mərhum üçün qoyulan başdaşına xüsusilə həssas yanaşırlar.
Adətən mərmərdən hazırlanan başdaşında mərhumun siması xüsusi incəliklə təsvir olunur. Bu təsvir nə qədər böyük olarsa, dəfn mərasiminin prestiji də bir o qədər yüksək sayılır. Mərhum torpağa tapşırıldıqdan sonra isə yas mərasiminə gələnlər rəqs və içki şənliyi keçirirlər.
Günlərlə davam edən bu şənliklər qaraçıların ölümə olan nifrətini ifadə edir. Bütün bu dəbdəbə və təmtərağın keçirilməsi qaraçılardan böyük maliyyə xərcləri tələb edir. Buna görə də az qala bütün icmanın qatıldığı mərasimlərin layiqincə keçirilməsi məqsədilə bir çox qaraçı ailələri illər öncədən pul yığırlar. Belə təmtəraqlı dəfn mərasimlərindən biri ötən ilin iyununda Rumıniyada baş tutdu. Yerli qaraçıların “kral”ı sayılan 58 yaşlı Floria Çioaba Türkiyədə ürək tutması səbəbindən vəfat etmişdi. Vətəni Rumıniyada Çioabanın dəfni üçün bütün yerli qaraçı icması və Avropalı qonaqlar təşrif buyurmuşdu. Onların arasında Rumıniya prezidenti Trayan Basesku da vari idi.







Qanalılar...
Qana Afrikanın qərbində yerlşən kiçik dövlətlərdən biridir. Bu ölkənin əsas ertnik qruplarından sayılan Qa xalqı öz dəfn adəti, daha doğrusu dəfn mərasimi zamanı istifadə edilən tabutlara görə dünyanın diqqətini özlərinə cəlb ediblər.
Belə ki, qanalılar mərhumun məşğuliyyti, hobbisi və s. fərdi maraqlarına əsaslanıb, istənilən zövqdə tabutlar hazırlayırlar.
Məsələn, əgər dünyasını dəyişən şəxs həyatda pilot olubsa, onun dəfn tabutu təyyarə formasında düzəldilir. Eyni məntiqlə həyatda siqaret həvəskarı olan şəxs nəhəng siqaret köyütündə, içki həvəskarı isə şüşə butılkanın içərisində dəfn olunur. Qa xalqının təsəvvüründə belə tabutların hazırlanması dünyadan köç edən ailə üzvünə qarşı böyük hörmətin təcəssümüdür.
Eyni zamanda müxtəlif fortma və üslubda olan tabutlarda mərhumun hansı pozada olması heç kəsi maraqlandırmır. Cəsəd yerləşdiyi tabutdan asılı olaraq oturaq, ayaq üstə, əyilmiş və s. pozalarda ola bilər. Qalılar inanırlar ki. belə tabutlar o biri dünyada mərhum şəxsin daha yüksək möqve qazanmasına yardımçı olur. Təxminən 500-600 dollar civarında dəyəri olan tabutlar sadə qanalının bütün illik büdcəsi dəyərindədir. Buna baxmayaraq Qana da “şən tabut”lardan istifadə geniş yayılıb. Tabutun hazırlanma müddəti çox vaxt tələb etdiyindən ölən şəxslər günlərlə bəzən aylarla dəfn olunmurlar. Adətən, qanalılar dəfn və yas mərasimlərində kədərlənmirlər.
Onlar inanırlar ki, o biri dünyaya köçən insan orada daha xoşbəxt yaşayacaq. Buna görə də dəfn mərasimləri bayram əhval-ruhiyyəsində keçirilir.



Madaqaskarlılar...
Afrikanın Cənub Şərqində yerləşən Madaqaskar da dəfn adətlərinin fərqliliyi ilə seçilir. Belə ki, bu ada-dövlətdə yaşayan Malaqas xalqının inanclarına görə dünyasını dəyişən şəxsin cəsədi ilə rəqs etmək mütləqdir. Mərhumun ruhu ilə həyatda olan digər ailə üzvləri arasında mistik bağlılığın olmasına inanan malaqaslılar dəbdəbəli dəfn mərasimləri təşkil edirlər. “Famadihana” adlanan bu adət adanın əksər yerlərində tətbiq edilir. Belə ki, malaqaslıların inancına görə, o biri dünyada ruh keçmiş həyatı üçün darıxa bilər.
Buna görə də, ildə bir dəfə mərhumun qohumları və bütün icma təntənəli şəkildə qəbirstanlığa gələrək mərhumun cəsədini torpaqdan qazıb çıxardırlar. Yaşadığı evə gətirilən cəsəd yuyulur və yeni kəfənə bürünür. Bundan sonra izdihamlı kütlə mərhumla birlikdə onun sağlığında tez-tez olduğu yerlərə baş çəkir. Yaşadığı evinin ətrafında 3 dövrə də vurduqdan sonra yerli sakinlər mərhmuun cəsədini rəqslərin müşaiyəti ilə qəbistanlığa geri gətirirlər. Bəzi hallarda varlı malaqaslılar mərhumu sərdabəyə yerləşdirirlər.
Bunun üçün onlar vəfat etmiş ailə üzvünün cəsədini həftələrlə günü alıtnda saxlayırlar. Daha sonra qurumuş cəsəd sərdabəyə yerləşdirilir. Adətən belə sərdabələrin evlərin yaxınlığında xüsusi olaraq tikilir. “Famadihana” həm yeni vəfat edən, həm də illər öncə vəfat edən insan cəsədləri ilə keçirilir. Bu ayinAdada İslam və Xristianlığın geniş yayılmasına rəğmən əhalinin geniş istifadə etdiyi mistik adətlərdən biridir. Mərasim zamanı mərhumun cəsədinə yaşadığı evin ətrafında dövrə vurduran yerli sakinlər dəfn yerinə qədər cəsədlə rəqs edirlər. Bu ayin hər il icra olunur. Belə ki, hər il mərhmuun vəfat ili dönümündə onun cənazəsi qazılaraq yerindən çıxardılır. Bundan sonra yaşadığı evə gətirilən cəsəd yenidən rəqsin müşaiyəti ilə torpağa tapşırılır.


Vüqar İsmayılov