
Modern.az saytı Türkiyə KİV-lərinə istinadın xəbər verir ki, qardaş ölkənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Somadakı faciə ilə bağlı yeni açıqlama verib.
Xilasetmə əməliyyatlarının davam etdirildiyini bildirən nazir “bu ana qədər həyata keçirdiyimiz xisaletmə çalışmaları nəticəsində 274 nəfər işçini tapa bildik, 196 işçinin cəsədini ailələrinə təslim etdik” deyə bildirib.
Bundan başqa nazir həmçinin 500-dən çox xilasetmə qrupunun çalışdığını və onların da həyatının ən az mədənçilər qədər önəmli olduğunu vurğulayıb.
***
Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, enerji və təbii qaynaqlar naziri Taner Yıldız Somadaki faciə ilə bağlı verdiyi açıqlamada ölənlərin sayının 282-yə çatdığını bildirib: “217 işçi qardaşımızın cənazələri ailələrinə təslim edildi. Axtarış xilasetmə qruplarımızın sayı 500-ü keçib və kifayətdir. Çatmalı olduğumuz 2 blok var. Bu gündən etibarən daha diqqətli işləməliyik. Kömək tələbləri və sıxlıq nümayişə çevrilməməlidir.”
Gülşən Raufqızı