Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. Modern.az saytının ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib. Lakin N.Əlirzayevin hansı səbəbdən işdən çıxarıldığı açıqlanmır.
Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib.
Modern.az