“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev Türkiyədə səfərdədir. Modern.az-ın məlumatına görə, səfər çərçivəsində o, Ankarada Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri ConHolmes (JohnHolmes) ilə görüşüb.
Görüşdə Azərbaycandakı son ictimai-siyasi durum, insan haqları və demokratiya sahəsində baş verən son hadisələr və regionda gedən geosiyasi məsələlər müzakirə edilib. Bununla bərabər, tərəflər qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.
Modern.az