ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Laçın və Kəlbəcər rayonlarına səfər edəcəklər. Modern.az xəbər verir ki, bu barədə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində məlumat verib. “Həmsədrlər regiona səfəri zamanı Laçın və Kəlbəcərə getməyi planlaşdırır”,-deyə C. Uorlik bildirib.
Qeyd edək ki, həmsədrlərin sabahdan etibarən Cənubi Qafqaz regionuna səfəri gözlənilir.
Modern.az