Modern.az

Heyvanları Mühafizə Cəmiyyətinin sədri: “Azərbaycanda 600 minə yaxın sahibsiz heyvan var”

Heyvanları Mühafizə Cəmiyyətinin sədri: “Azərbaycanda 600 minə yaxın sahibsiz heyvan var”

Təhsil

15 May 2014, 11:10



“Küçə heyvanların sayını yalnız axtalamaq yolu ilə azaltmaq olar”. Bunu Modern.az-a Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev deyib. “Heyvanlar olduqları ərazidən götürülür, axtalanır, xüsusi peyvənd vurulur, bir həftə ərzində sağaldıqdan sonra yenidən öz yerlərinə qaytarılır. Bununla heyvanların həyat tərzi də dəyişir və bu gedişlə saylarının azalmasına nail olunur, nəticədə heç bir təhlükəsi olmayan heyvana çevrilir”.

A. Qarayevin sözlərinə görə, Azərbaycanda 600 minə yaxın sahibsiz heyvan var və onların hamısını hansısa quruma təslim etmək, tamamilə aradan qaldırmaq mümkün deyil. “Sahibsiz heyvanlar isə insanlardan kömək gözləyir. Təəssüf ki, bəzi insanlar çıxış yolunu onları öldürməkdə görürür”.   Gülşən Raufqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı