“Azərbaycan müxalifətinin Fransa prezidenti Fransua Ollandla görüşü müxalifət üçün heç bir perspektiv vəd etmir”. Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə müxalifət nümayəndələrinin Fransa dövlət başçısı ilə görüşünün perspektivini şərh edərkən deyib. O bildirib ki, müxalifətin əsas nəfəsi, gücü onun xalqla əlaqəsindədir. Ekspertin sözlərinə görə, hakimiyyət müxalifətin xalq və vətəndaş cəmiyyətləri ilə əlaqəsinin qarşısını alır.
“Bunun nəticəsində müxalifətdə canlanma yoxdur. Buna görə də müxalifət lap ABŞ prezidenti Barak Obama ilə görüşsə də, ona yeni nəfəs gəlməyəcək”,-deyə Z.Əlizadə söyləyib. Politoloq F.Ollandın müxalifətlə görüşünün qanuni olduğunu da vurğulayıb.
Aqşin Kərimov