Modern.az

Jurnalist Pərviz Həşimliyə 8 il iş kəsildi

Jurnalist Pərviz Həşimliyə 8 il iş kəsildi

Təhsil

15 May 2014, 12:24

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin işi üzrə proses yekunlaşıb.

Modern.az saytı xəbər verir ki, hakim jurnalistə hökm oxuyub. Hökmə əsasən, Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Təvəkkül Qurbanov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Pərviz Həşimli sifarişlə həbs olunduğunu bildirir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı