Modern.az

Nazir Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavinini işdən çıxarıb

Nazir Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavinini işdən çıxarıb

Təhsil

15 May 2014, 13:49


Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib
. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər əmri ilə  o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.  

Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı