Ukraynada mayın 25-nə nəzərdə tutulan prezident seçkiləri əgər iki həftə əvvəl keçirilsəydi seçicilərin 33,7 faizi Pyotr Poroşenkoya səs verərdi. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuda öz əksini tapıb. Sorğunun nəticələrinə görə, digər namizəd, keçmiş baş nazir Yuliya Timoşenko yalnız 5,9 faiz səs toplaya bilərdi. Sorğu iştirakçılarının digər namizədlərə münasibəti isə belə olub: Sergey Tiqipko – 4,1 faiz, Anatoli Qritsenko -4 faiz, Oleq Lyaşko - 3,3 faiz, Mixail Dobkin - 2,6 faiz, Pyotr Simonenko - 2,4 faiz, Olqa Boqoçolets - 2,1 faiz, Oleq Tyaqnibok - 1 faiz.
Rəyi soruşulanların 13 faizi səsvermədə iştirak etməmək qərarını verib, 25,4 faiz hələ ki kimə verəcəyini müəyyənləşdirməyib.
Beləliklə, əgər prezident seçkiləri iki həftə əvvəl keçirilsəydi səsvermə seçicilərin 62 faizi gələcəkdi. Həmin seçicilərin də 54,7 faizi Pyotr Poroşenkoya səs verəcəkdi. Bu isə o demək olacaqdı ki, seçkinin ikinci turuna ehtiyac qalmayacaqdı.
Modern.az