Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Səməd Behrəngi ” Ədəbi mükafatına əsər qəbulunun bitməsinə saylı günlər qalır. Qeyd edək ki, Mükafat Bütöv Azərbaycan ideologiyasını əsas motiv kimi nəzərə almaqla beş nominasiyada həyata keçirilir.
Modern.az-a danışan mükafat komissiyasının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz bildirib ki, əsərlərin qəbulu öncədən nəzərdə tutulduğu kimi mayın 15-də deyil, ayın axırında bitəcək. “Çünki istər Güney Azərbaycanda, istər Avropa və Amerikada olan bəzi yazarlar var ki, onlar mükafatın təsis olunmasından indi-indi xəbər tuturlar”.S. Aruzun sözlərinə görə, müsabiqənin münsiflər heyəti üzvlərinin adları açıqlanmayacaq. “Məlum məsələlərə görə indi adlarını çəkə bilmərik. Çünki tanışlıq amili rol oynaya bilər”.
Elmin Nuri