282 işçinin meyitinin çıxarıldığı Türkiyənin Manisa vilayətinin Coma qəsəbəsindəki kömür mədənində axtarış işləri davam edir. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlətin bütün imkanlarının səfərbər edildiyi, 500-dən çox qrupun işlədiyi mədən ocağında qapalı qalan və xəbər alına bilməyən təxminən 120 işçinin olduğu sahəyə yaxınlaşılıb. Bir neçə saat ərzində başa çatacaq əməliyyat zamanı işçilərin sağ çıxarılacağı ilə bağlı ümidlər isə çox azdır.
Ulduz İBRAHİMOVA