Modern.az

Türkiyə prezidenti Somada ağladı

Türkiyə prezidenti Somada ağladı

Təhsil

15 May 2014, 16:46

 

Türkiyə prezidenti Abdullah Gül Manisa vilayətinin Soma qəsəbəsində çıxış edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xeyli kədərli görünən və səsi titrəyən Gül deyib: “Necə inkişaf etmiş ölkələr bu ağrıları yaşamırsa, biz də lazım olan tədbirləri görəcəyik. Bütün vətəndaşlarımın, qardaşlarımın məkanları cənnət olsun. Bütün millətimizin başı sağ olsun. Şübhəsiz ki, mədən və yer altında çalışmaq, yer altında ruzi qazanmaq üçün çalışmaq, qazancların bəlkə də ən müqəddəsidir. Bu anda əldən gələn hər şey edilir. Bu an da qurtarma işləri kəsilməz davam edir. İlk xəbər alındığından etibarən dövlət bütün imkanları ilə səfərbər oldu. Təəssüf ki, itkimiz böyükdür. Hər ailənin itkisi hamımızın itkisidir. Bir adam bir adamdır. Bir can bir candır. Acı böyükdür və hamımızın ağrısıdır. Həqiqətən çox böyük bir faciə ilə qarşı-qarşıyayıq. Bunun yaralarını qucaqlamaq üçün böyük bir həmrəylik göstərməmiz lazımdır. Şübhəsiz ki, bu ağrıların yaşanmaması lazımdır. Necə inkişaf etmiş ölkələr bu ağrıları yaşamırlarsa, biz də lazım olan tədbirləri görəcəyik. Şübhəsiz ki, bu ağrıları bir daha çəkməmək üçün nə lazımdırsa bunların hamısı ediləcək. Bu hadisə ilə əlaqədar istintaqlar başladıldı”.

  Gül danışarkən bir vətəndaş “Bizə kömək edin dövlət başçımız”, - deyə səslənib.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı