Modern.az

Banqladeşdə sərnişin gəmisi batıb

Banqladeşdə sərnişin gəmisi batıb

Təhsil

15 May 2014, 17:54

Banqladeşdə içərisində 200-dən çox sərnişinin olduğu gəmi batıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda yalnız həlak  8 nəfərin cəsədini tapmaq mümkün olub. Yerli hakimiyyətdən verilən məlumata görə, sərnişinlərin böyük əksəriyyəti sahilə çata biliblər. Gəminin batdığı ərazidə xilasetmə əməliyyatı aparılır. Ancaq gəmidə konkret nə qədər adam olduğu bilinmir. Onların sayının 200-dən 350-yə qədər ola biləcəyi ehtimal olunur. İnsident Muşiqanj rayonundakı Menqxa çayında qeydə alınıb. Qəzanın səbəbi kimi hava şəraitinin əlverişsiz olması göstərilir. 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı