Modern.az

Hərbi Dəniz Qüvvələrinə qərargah rəisi təyin olundu

Hərbi Dəniz Qüvvələrinə qərargah rəisi  təyin olundu

Təhsil

15 May 2014, 18:14


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib. Ş. Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib. Həmin vaxtdan Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir. 

Qeyd edək ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...