Modern.az

Müxalifət keçmiş prezidentləri Ərdoğana qarşı qaldırır

Müxalifət keçmiş prezidentləri Ərdoğana qarşı qaldırır

Təhsil

15 May 2014, 21:36

Türkiənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası prezidentliyə vahid namizədin irəli sürülməsi ilə müzakirələr aparır. Bu partiya liderlərinin fikrincə, Türkiyənin gələcək prezidenti hamının qəbul edə biləcəyi bir şəxs olmalıdır. Məlum olduğu kimi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bu ilin avqust ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Müxalifət partiyalarının təmsilçiləri isə hesab edirlər ki, Ərdoğan onların arzuladığı şəxs deyil və onun prezidentliyinin qəti əleyhinədirlər.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı seçkilərə hələ xeyli vaxt qalsa da, artıq prezidentliyə vahid namizəd axtarışı ilə bağlı məsləhətləşmələrə start verəcək. Baxçalının köməkçisi Semih Yalçının bildirdiyinə görə, MHP lideri bu məqsədlə Türkiyənin keçmiş prezidentləri Süleyman Dəmirəl və Əhməd Necdət Sezərlə də görüşəcək.

O deyib ki, Dövlət Baxçalı mayın 16-da Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirələ baş çəkəcək. Onun 10-cu prezident Əhməd Necdət Sezərlə görüşü isə mayın 20-nə nəzərdə tutulub. Baxçalı keçmiş dövlət başçıları ilə avqustda keçiriləcək seçkidə Çankaya köşkünə ən layiqli namizəd göstərilməsi məsələsini müzakirə edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı