Bu gün bəzi kütləvi informasiya vasitələrində Quba rayonundakı Qırmızı qəsəbəsində (qeyd edək ki, burada yaşayanların əksəriyyəti yəhudilərdir) bəzi sakinlərə Rusiya pasportunun paylanması haqda məlumat yayılıb. Modern.az bununla bağlı araşdırma aparıb və Qubadan olan deputatlara müraciət edib. Deputatlar Vahid Əhmədov və Yevda Abramov Qırmızı qəsəbədə kimlərəsə Rusiya pasportlarının paylanması ilə bağlı məlumatın tamamilə cəgəngiyyat olduğunu bildiriblər.
Əslən Qubadan olan deputatlar deyiblər ki, vaxtaşırı seçiciləri ilə görüşürlər və əgər bu cür fakt baş versəydi, onlara dərhal məlumat verilərdi. Deputatlar onu da qeyd ediblər ki, bircə belə faktla rastlaşsalar, hamıdan əvvəl onlar bununla bağlı Milli Məclis səviyyəsində məsələ qaldırarlar. Onların fikrincə, bu cür məlumatların yayılması hansısa KİV-in diqqəti özünə cəlb etməsindən başqa bir şey deyil.
Modern.az