Modern.az

Əli Məsimlidən Riçard Morninqstara CAVAB:”Azərbaycanda maydan hadisələrinin təkrarı mümkünsüzdür”

Əli Məsimlidən Riçard Morninqstara CAVAB:”Azərbaycanda maydan hadisələrinin təkrarı mümkünsüzdür”

Təhsil

18 May 2014, 16:23


Millət vəkili Əli Məsimli Modern.az saytına ABŞ səfiri  Riçard Morninqstarın “Azadlıq” radiosunda səsləndirdiyi bəyanatla bağlı müsahibə verib.

-Əli müəllim, ABŞ-ın Bakıdakı diplomatik korpusunun rəhbəri Riçard Morninqstar “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan hökumətini tənqid edərək, hökumətimiz haqqında "monolit deyil" fikirini səsləndirib. Sizin millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru kimi bu məsələyə mövqeyinizi və fikirlərinizi bilmək istərdik.

–Hər şeydən əvvəl onu qeyd etmək istərdim ki, Azərbaycan-ABŞ,eləcə də Azərbaycan-Avropa strukturları artan xətlə inkişaf edir.Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Qərb münasibətləri haqqında bir neçə dəfə ən yüksək tribunalardan və ən yüksək səviyyəli görüşlərdə “bu əlaqələr yeni bir mərhələyə yüksəlməli, hətta Assosiativ sazişdən daha da yüksək, yəni, strateji tərəfdaşlıq səviyyəsinə qalxmalıdır” kimi strateji xətti müəyyən edən mövqe sərgiləməsi,belə bir fikir yürütməyə əsas verir ki, bu proses davamlı xarakter daşıyacaq. Yüksək səviyyələrdə olan qarşılıqlı səfərlər də göstərir ki, bu işdə istər dövlət başçısı, istər aidiyyatı hökumət qurumları və istərsə də Milli Məclis də həm spiker səviyyəsində, həm də deputatlar öz səylərini əsirgəmir. Elə bir millət vəkili, GÜAM Parlament Assambleyasının nümayəndəsi kimi mən özüm mayın 15-16-da Baltik Assambleyasının və Nazirlərin Baltik Şurasının “Nəqliyyatın və İnfrastrukturun İnkişafı” mövzusunda düzənlədiyi konfranda iştirak etmişəm.Baltik ölkəlri ilə əlaqələrin genişləməsi və dərinləşməsi, həm Azərbaycanın BENELÜKS,vişeqrad ölkələri,eləcə də Avropanın şimal ölkələri ilə də əlaqələrinin geniçlənməsinə, həm də ölkəmizin Avropa strukturlarına inteqrasiya işinə müsbət təsir göstərir.

Amma təəssüf ki, bəzən ehtiyatsız deyilən bir sız belə bu münasibətlərə mənfi təsir göstərir. Bu baxımdan ABŞ səfiti Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibənin bəzi məqamları, xüsusən də “monolitlik məsələsi” və “Ukrayna olayların Azərbaycanda da təkrarlana biləcəyi” fikri diplomatik normaların çərçivəsindən kənara çıxdığından, Azərbaycanda təbii narazılıq doğurub. Əvvəlcə onu deyim ki, dünyanın ABŞ timsalında super dövlətinin səfiri kimi cənab səfir dost ölkə adlandırdığı Azərbaycana münasibətdə belə məqamların qəbuledilməzliyini nəzərə almalı idi.

Hökumətin monolitlik dərəcəsinə münasibətdə isə önu demək istərdim ki, Azərbaycanın hazırkı hökumətində monolitlik dərəcəsi yetərli səviyyədə olmasaysaydı, ölkəmizdə fəliyyət göstərən istənilən diplomata məlum olan istiqamətlərdən Azərbaycana olan güclü təzyiqlər qarşısında duruş gətirə və həm də müqayisəli nisbətdə gğtürsək, postsovet məkanının daha çox müstəqil siyasət yeridən ölkəsinə çevrilə bilməzdi.Bu hökumətdə monolitlik dərəcəsi yetərincə olmasaydı, 2013-cü ildə prezident seçkiləri ərəfəsində hər bir özvü Gürcüstanda hakimiyyətin dəyişdirilməsinin əsas fiquru olan İvanaşvilisindən həm varlı, həm imkanlı, həm də geniş əlaqəli olan “Milyarderlər İttifaqını” elə asanlıqla neytralaşdıra və digər planları da heçə endirə bilməzdi.Mən bu sahədə başq vacib məqam görürüəm....Əgər ABŞ Azərbaycanı strateji müttəfiq kimi, fikirdə, sözdə və işdə birmənala şəkildə müddafiə edəcəyinə inandıra bilsə,hökumətin monolitliyi daha da artar və Azərbaycanın müstəqil siyasət yeritmə arenası daha da genişlənər və Avoatlantik strukturkara inteqrasiyası yeni əsaslarla inkişaf edib,sürətlənər.

-Bəs ABŞ səfirinin Ukrayna olaylarının Azərbaycanda da təkrarlana biləcəyi fikrinə münasibətiniz necədi?

-“Ukrayna olayların Azərbaycanda da təkrarlana biləcəyi” fikrinə münasibət birlirərkən bir neçə məqamı xüsusi qeyd etmək yerinə düşər. Bəli,Ukrayna olayları ətrafında gedən proseslər bütövlükdə dünya düzəninə təsir edir.Ona görə də ətrafdakı ölkələrə də , birinə bir qədər az,digərinə bir qədər çox olmaqla müxtəlif səpgilərdə təsir etmə ehtimalı olsa da, amma əgər söhbət konkret olaraq “maydan modeli”ndən gedirsə, Azərbaycanda maydan hadisələrinin təkrarı mümkünsüzdür.Bunu çox səbəblə izah etmək olar: Əvvəla,biz bu mərhələni çoxdaan keçmişik, yəni postsovet məkanında ən izdehamlı “maydan hadisələri” məhz Azərbaycanda olub.Amma səbəb və hədəf fərqli olub.Yəni səbəb Avropa strukturlarına inteqrasiya yox, Azərbaycan ərazilərinə təcavüz və işğal, digər səbəb isə müstəqillik uğrunda mübarizə olub.Deməli biz Azərbaycan olaraq başqa məzmunlu hədəflərə doğru artıq həmin mərhələni keçmişik.....İndi Ukraynadakı olaylar xeyli dərəcədə müstəqilliyin ilk illərində Azərbaycanda baş verən olaylarla üst-üstə düşür. Ona görə də yeni müstəqil dövlətlərin keçdikləri mərhələlərin

qanunauyğunluqları baxımından belə paralel gətirmək düz gəlmir.İkincisi, Azərbaycanda iqtidar və müxalifətə münasibətdə siyasi qüvvələrin güc nisbəti Ukraynadan fərqli olaraq, iqtidarın xeyrinədir.Azərbaycanda müxalifətin birlik məsələsi də Ukraydakından zəifdir.Üçüncüsü, Ukraynadan fərqli oaraq Azərbaycanın beynəlxalq maliyyə qurumlarından asılıılığı yoxdur. Dördüncüsü,Azərbaycan dünyada nadir taleriantlıq nümunəsi olduğundan, bədxahlarımızın bu istiqamətdə qurmaq istədikləri qızışdırıcı planlar da ürək bulandırar, amma tam yeriməz. Beşincisi, 2015-ci ilin Parlament seçkilərin yaxınlaşdıqca, siyasi qüvvələrin və cəmiyyətin aktivlik dərəcəsi də artmağa başlayacaq.Lakin bu seçkiqabağı təbii proses çərçivəsində olacaq. Bu sadalananlara və digər bu kimi məlum səbəblərə görə Ukraynanın “maydan hadisələri” Azərbaycanda təkrarlana bilməz.

-Bəs bu olayların hansı istiqamətlərdə təsirləri ola bilər?

- Təbii ki, 2015ci ilin Parlament seçkiləri ərəfəsində siyasi qüvvələrin və cəmiyyətin aktivlik dərəcəsi də artması fonunda Azərbaycana qarşı məkrli planlar işə düşə bilər.Amma bu özünü ən yaxşı halda lokal xarakterli hadisələr səviyyəsində göstərə bilər, ondan uzağa gedə bilməz.

-Millət vəkili kimi məsələlərə münasibət bildirdiniz. İndi də iqtisad üzrə fəlsəfə doktoru kimi bu məsələyə mövqeyinizi və fikirlərinizi bilmək istərdik.

- Ukrayna Azərbaycanın əsas iqtisadi-ticarət partnyorlarından biridir.İqtisadi baxımdan yanaşanda, Ukrayna hadisələri, təbii ki, bir neçə yöndə Azərbaycana təsir edir. Rusiya MDB-də, Ukrayna isə GUAM-da Azərbaycanın ən iri iqtisadi tərəfdaşıdır. Ötən il Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2,6 milyard dollar, Ukrayna ilə isə 1 milyard dolların altında olmuşdur. Bu konflikt, həmin ölkələrin qarşıdurması bütün MDB ölkələrinin, o cümlədən, Azərbaycanın ticarət-iqtisadi əlaqələrinə təsir göstərəcək.2013-cü ildə Ukraybada iqtisadi artım olmamış və 2014-cü ildə də iqtisadi artım yox, müxtəlif qurumların proqnozlarına görə, 3-6,5 faiz səviyyəsində enmələr gözlənilir.Rusiyada da bu il iqtisadi artım 0,2-0,5 faiz arasında gözlənilir.Bu həmin ölkələrin iqtisadi-ticarət əlaqələrinə də təsir göstərəcək. Azərbaycanda isə ötən il 6 faizə yaxın artım olmuş, bu il isə 5 faizdən çox iqtisadi artım gözlənilir.Ukraynanaın xarici borcu 150 milyard dollar və ya onun ÜDM-nin 90 faizinə çatır və yaxın illərdə onu ötə də bilər Azərbaycanın xarici borcu isə ÜDM-in 8 faizi səviyyəsindədir.Azərbaycanın valyuta ehtiyatı xarici börçundan 10 dəfə çox,Ukraynada isə təqribən tərsnə proses başlayıb. İkincisi, Qərbin, enerji daşıyıcıları cəhətdən Rusiyadan asılılığını azaltmaq istiqamətində atdığı addımlar, eləcə də, Rusiyaya tətbiq etdiyi sanksiyalar, təbii surətd.Azərba Azərbaycanın önəmini artırır. Bununa belə, Qərbin Rusiyadan qaz asılılığını azaltmaq üçün Azərbaycana böyük ümidlər bəsləməsi, bir tərəfdən qlobal və regional miqyaslarda Azərbaycanın önəmini artırsa da, digər tərəfdən, Azərbaycana yönəlik riskləri də artırır...Ona görə də Azərbaycan Qərbin bir nömrəli problemi olan enerji təhlükəsizliyi probleminin həllində necə iştirak edirsə, Qərb də fikirdə, sözdə və işdə Azərbaycanın bir müstəqil dövlət kimi yaşamasında və ərazi bütövlütünün təmin edilməsində fəal iştirak etməlidir.

 

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı