Modern.az

Deputat Koreya səfiri ilə ön cəbhəyə gedib - FOTO

 Deputat Koreya səfiri ilə ön cəbhəyə gedib - FOTO

Təhsil

18 May 2014, 16:00


Millət  vəkili  Qənirə  Paşayevanın dəvəti ilə Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri  Choi Suk-in  və  onu  müşahidə  edən heyət  Tovuz rayonuna səfər edib. Modern.az-ın məlumatına görə, Koreya səfiri ilk olaraq icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşüb. Görüş zamanı icra başçısı  Tofiq Zeynalov və millət vəkili  Qənirə Paşayeva  Koreyalı diplomata Tovuz rayonunun coğrafi mövqeyi, təbii resursları,  iqtisadi və turizm potensialı barədə geniş məlumat veriblər. Bundan sonra  səfir Choi Suk-in millət vəkili Qənirə Paşayevanın və Tovuz rayon İcra Hakimiyyətinin rəsmilərinin müşayiəti ilə Şəhidlər Xiyabanına gələrək torpaqlarımizin  bütövlüyü  uğrunda canlarından keçən şəhid oğulların məzarlarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva  Ermənistanın Azərbaycanın qədim bölgəsi olan Laçını işğalından 22 il keçdiyini deyərək Şəhidlər Xiyabanındakı bütün şəhidlərin ən böyük arzusunun Azərbaycanın ərazi  bütövlüyü  olduğunu  vurğulayıb. Millət vəkili səfirə aralarında sinif yoldaşları da olan qəhrəman şəhidlərimiz haqda geniş məlumatlarla bərabər  Tovuzun  müharibə  illərində  yaşadıqları,  Ermənistanın vandalizm aktları,  hətta  atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə də məlumatlar verib. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyü dəstəklədirlədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini dilədiklərini və bu qədər gənc insanın yatdığı  Şəhidlər Xiyabanından təsirləndiyini deyib.  

Daha sonra səfir Choi Suk-in icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayevanın müşayiəti ilə  Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə  baş çəkib. Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov və millət  vəkili  Qənirə Paşayeva qala divarlarında əks olunan Azərbaycanın tarixi və müasir xəritələri ilə bağlı koreyalı diplomata məlumat veriblər. Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının və torpaqlarının  son  2 əsrdə başına  gətirilən müsibətlər, 2 yerə bölünmələr, işğallar, zorla alınaraq  torpaqlarımizin   Ermənistana verilməsi, onlara bizim torpaqlarımız hesabına  dövlət  yaradılması  kimi  tarixi faktları  özündə əks etdirən  müqayisəli  3 xəritə və orada öz əksini tapan tarixi gerçəkliklər barədə səfirə geniş məlumatlar verilib.

Daha sonra Koreyanın Azərbaycandakı səfiri  millət vəkili Qənirə Paşayevanın və rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində, ön cəbhə nöqtələrində də olub. Burada səfirə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə  də  Ağdamın və Tovuzun digər ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş  məlumatlar verilib.   Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və  sərhəddə  yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir  kənd  qəbirstanlığını  ziyarət  etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib. Ağdam kəndi sakinləri beynəlxalq  təşkilatların  laqeydliyi  və 2-li standartları  barədə səmimi fikirlərini də  söyləyiblər və Koreya səfirindən ölkəsinin bu məsələdə ədaləti dəstəkləyən mövqeyini daha da gücləndirməsini xahiş ediblər. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi  deyən  Koreya səfiri  Dağlıq  Qarabağ münaqişəsinin  tez  bir zamanda sülh yolu ilə  həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Tovuza ilk dəfə səfər etdiyini deyən Koreya səfiri rayonun çox xoşuna gəldiyini, maraqlı müzakirələr keçirildiyini  və Tovuzla geniş tanış ola bildiyini deyərək ölkəsi ilə bu bölgə  arasında əməkdaşlıq, ortaq layihələrin həyata keçirilməsi, humanitar  istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini də bildirib.


 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı