Modern.az

Konçita da Ərdoğana qarşı aksiyaya qoşuldu - FOTOLAR

Konçita da Ərdoğana qarşı aksiyaya qoşuldu - FOTOLAR

Təhsil

25 May 2014, 00:50

Virtualaz.org saytı Türkiyənin "Zaman" qəzetinin saytına istinadən xəbər verir ki, Ərdoğan Almaniyanın Köln şəhərinə səfəri zamanı çox saylı tərəfdarları ilə görüşüb. Ərdoğan həmçinin yüzlərlə etirazçının şüarları ilə də qarşılaşıb.

Avropalı Türk Demokratları Birliyinin 10-cu il tədbirlərinə qatılan Ərdoğan etirazçıların Soma faciəsi, "Gəzi olayları" ilə bağlı etiraz şüarları ilə qarşılanıb. Almaniyanın "Kölner Express" qəzeti Ərdoğanın səfəri zamanı həyata keçirilən təhlükəsizlik tədbirlərinin 200 min avro olduğunu yazıb.  

Türkiyənin "Sözçü" qəzeti isə Ərdoğana etiraz edənlər arasında "Eurovision 2014"ün qalibi Konçitanın da olduğunu yazır. Qəzet Konçitanın digər transseksuallarla birlikdə etiraz aksiyasında olduğunu əks etdirən foto yayımlayıb. 

 

Modern.az


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı