Modern.az

İlham Əliyev gürcü prezidenti təbrik etdi

İlham Əliyev gürcü prezidenti təbrik etdi

Təhsil

25 May 2014, 20:58


Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvilini milli bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:

- Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.
Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı