Modern.az

Eks-prezident öldü

Eks-prezident öldü

Təhsil

25 May 2014, 21:50


Polşanın sonuncu kommunist lideri Voytsex Yaruzelski mayın 25-də 91 yaşında dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Yaruzelski Varşavadakı Hərbi-Tibb İnstitutu hospitalının nevroloji şöbəsində yatırdı. Polşanın keçmiş prezidenti limfamik xəstəliyindən əziyyət çəkdiyi üçün son illər tez-tez xəstəxanaya düşürdü. Mayın əvvəlində isə general hospitalda insult keçirmişdi. İyulun 6-da 91 yaşı tamam olacaqdı. O 1985-1989-cu illərdə Polşa Xalq Respublikası Dövlət Şurasının sədri olub, bu vəzifə ölkənin ən ali dövlət postu sayılırdı. Yaruzelski 1989-cu ildə Polşanın prezidenti seçilmişdi. 1990-cı ildə siyasi arenadan gedib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı