Modern.az

Pyotr Poroşenko Ukraynanın yeni prezidenti seçilib

Pyotr Poroşenko Ukraynanın yeni prezidenti seçilib

Təhsil

25 May 2014, 22:49


Bu gün - mayın 25-də Ukraynada yeni dövlət başçısının seçkiləri keçirilib. Modern.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, növbədənkənar prezident seçkilərində 21 namizəd iştirak edib.
Gün ərzində 12 saat davam edən səsvermənin ardından Ukraynada yeni prezidentin adı ekzit-poll vasitəsilə élan edilib. Ekzit-pollu Ukraynanın birinci telekanalı keçirib və səsvermə başa çatandan az sonra nəticələr açıqlanıb.

Ekzit-polla görə, prezidentliyə namizəd Pyotr Poroşenko səsvermənin ilk turunda qalib gəlib. Ukraynalı oliqarxın 57,3 faiz səslə ölkənin yeni prezidenti seçildiyi vurğulanır.

İkinci yeri “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko tutub. O, 12,4% səs toplaya bilib. Oleq Lyaşko 8,7% faiz səslə üçüncü olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Poroşenko açıqlama ilə çıxış edib: “Seçki birinci turda baş tutdu, ölkənin ieni prezidenti var”. O, bunu keçirdiyi brifinqdə bəyan edib: “Ekzit-poll”un nəticələri göstərir ki, seçki birinci turda başa çatıb və ölkənin yeni prezidenti var”.

Prezidentliyə əsas iddiaçı və daha şanslı namizəd sayılan Poroşenko ukraynalılara etimada və yüksək seçici fəallığı göstərdiklərinə görə təşəkkürünü bildirib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı