Modern.az

Magistr imtahanında iştirak etmək istəyənlər artıb - RƏSMİ

Magistr imtahanında iştirak etmək istəyənlər artıb - RƏSMİ

Təhsil

Bu gün, 16:30

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 14-də başa çatıb.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, 2-ci cəhdə qəbul imtahanında iştirak üçün 23088 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 21372; rus bölməsi - 1716).

Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.

Müqayisə üçün qeyd edək ki, 2-ci cəhd qəbul imtahanında iştirak etmək istəyənlərin sayı 1-ci cəhd imtahana qatılanlardan çoxdur.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 1-ci cəhdi 15 fevral 2026-cı il tarixində keçirilib. Həmin imtahanda iştirak etmək üçün 22780 bakalavr qeydiyyatdan keçmişdi. Onlardan 519 nəfəri imtahana gəlməmiş, qaydaları poazan 2 nəfərin nəticəsi ləğv olunmuşdu.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi