Modern.az

Zahir Əzəmət “Kult.azı”ı 15 min manatdan aşağı satıb

Zahir Əzəmət “Kult.azı”ı 15 min manatdan aşağı satıb

Təhsil

5 Sentyabr 2014, 13:23



“Qarşılıqlı anlaşma şəkilində biz qiymətin açıqlanmasını istəmirik. Hər halda elan etdiyim qiymətdən aşağı olduğu üçün özüm də satışdan qazandığım məbləği deməyə həvəsli deyiləm”. Bunu Modern.az-a yazıçı Zahir Əzəmət deyib.

Qeyd edək ki, bir müddət əvvəl Z. Əzəmət kult.az saytını satışa çıxardığını elan edib. İlkin qiymət də məlum idi – 15 min manat. Artıq Z. Əzəmət özünəməxsus kult.az saytını “Gündəlik Teleqraf” media holdinqinin rəhbəri Aynur Quliyevaya satıb. Bundan sonra A.Quliyevaya məxsus 1937.az saytı kult.az brendi ilə fəaliyyət göstərəcək.

Zahir Əzəmət  hazırda satışa qoya biləcəkləri çoxlu domenə sahib olduğunu vurğulayıb. “Məqsəd Azərbaycanda domen bazarını formalaşdırmaqdır. Hazırda VİP domenlərin “ikinci əl” satışı məsələsi ilə də məşğul oluruq. Hətta avtomobil saytı üçün yarıya biləcək domenlərim də var”.

 

Məltəm Talıbazdə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı