9 sentyabr 2014-cü il tarixində Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.
XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.
Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edəcəklər.9 sentyabr tarixində tədbirin açılış mərasimində və keçiriləcək mətbuat konfransında iştirak etmək niyyətində olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin 8 sentyabr saat 10.00-dək ad və soyad və təmsil etdikləri orqanla bağlı məlumatı təqdim etməklə,
XİN-in Mətbuat Xidmətində qeydiyyatdan keçmələri xahiş olunur (elektron poçt: [email protected]; mobil tel: +994 55 555 9465; Iş tel: +99412 596 9081).
Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin 9 sentyabr tarixində saat 08.30-da Bakı şəhəri “Fairmont” (//www.fairmont.com/baku/) mehmanxanasına gəlmələri xahiş olunur.
Modern.az